ABŞ prezidenti Corc Buş Konqresi Panama ilə azad ticarət razılığına dəstək verməyə çağırıb. Ağ Evdə Panama prezidenti Martin Torrihosla görüşdən sonra prezident Buş deyib ki, razılıq hər iki tərəfin də milli marağı olmalıdır. Panama prezidenti Corc Buşa Panama ilə ticarət sazişinin əldə olunması səylərinə görə təşəkkürünü bildirib. Liderlərin görüş zamanı bio-yanacaq kimi enerji mənbələri məsələsini müzakirə etdiyi bildirilir.