Accessibility links

İstanbul hücumlarının məsullarının məhkəməsi başlayacaq


Türkiyədən alınan xəbərlədə deyilir ki, Əl-Qaidə ilə əlaqəsi olan və 3 il əvvəl İstanbulda həyata keçirilən bomba hücumlarının məsuliyyətini daşıyan 73 nəfərin məhkəməsi yaxın zamanda başlamalıdır. İstanbul məhkəməsində bu gün 9 müttəhimin yekun bəyanatlarından sonra ittihamnamə oxunmalıdır. Məhkəmə qarşısına çıxarılanlar arasında Əl- Qaidənin İraqdakı lideri Əbu Müsab Əl-Zərqavinin sabiq yardımçısı, suriyalı Loai Əl-Saqə də var. Prokurorlar 2003-cü ildə Britaniya səfirliyi və iki bankının, habelə iki sinaqoqaya qarşı hücumlara görə günahkar bilinsə, Əl-Saqənin ömürlük həbs cəzasına məhkum edilməsini tələb edirlər.

XS
SM
MD
LG