Accessibility links

Kondoliza Rays Yaxın Şərqə gözlənilmədən səfər edib


ABŞ dövlət katibi Kondoliza Rays Bağdaddakı yeni təhlükəsizlik əməliyyatının uğurlu başlanğıc ola biləcəyini deyərək, İraq hökumətini təriqətlərarası zorakılıq dalğasındakı fasilələrdən səmərəli istifadə etməyə çağırıb. Xanım Rays bu bəyanatı özünün İraqa elan olunmamış səfəri zamanı verib. Onun təyyarəsi İraq paytaxtına yetişdiyi zaman orada hərbi əməliyyatlar getdiyi üçün şəhər üzərində 30 dəqiqə dairə vurmalı olub.

ABŞ sözçüsü bildirib ki, Rays Bağdadın ciddi müdafiə olunan Yaşıl Zonasında müxtəlif rəsmilərlə görüşdükdən sonra Qüdsə səfər edəcək. ABŞ hərbi rəsmiləri bildirirlər ki, Amerika və İraq qoşunlarının təhlükəsizlik əməliyyatları nəticəsində paytaxtda hücumlarıln sayı azalıb. Lakin İraqın şimalındakı Kərkükdə qələbəlik olan bir bazarda 2 maşına yerləşdirilmiş bombaların partlaması nəticəsində 9 nəfər həlak olub, 60 nəfər yaralanıb. Əl Ənbar vilayətindəki əməliyyatlarda isə 1 dəniz piyadasının həlak olduğu bildirilir.

XS
SM
MD
LG