Accessibility links

Abbas Lisaninin daha bir məhkəməsi olacaq


Abbas Lisaninin 2005-ci ildə Babək qalasına yürüşdə iştirakı ilə bağlı iş üzrə Apellyasiya iclası fevralın 21 də Təbriz İnqilab Məhkəməsində keçiriləcək. Bu barədə Amerikanın səsinə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri, Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani məlumat verib.

Sözügedən iş üzrə Kəleybər məhkəməsinin verdiyi qərara görə, Abbas Lisani 1 il həbsə məhkum olunmuşdu.

Kəleybər məhkəməsində keçirilən dinləmələrdə Abbas Lisanini hüquq müdafiəçisi Saleh Kamrani təmsil edirdi. May hadisələrindən sonra həbs olunaraq vəkillik lisenziyası xətm olunmuş Saleh Kamraninin apellyasiya dinləmələrində iştirakı mümkün olmadığından cənab Lisanini kimin təmsil edəcəyi bəlli deyil.

Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisaninin qısa müddətli tərxis hüququ hələ də pozulur. Bundan əlavə, onun xanımı Ruqəyya Lisaniyə təzyiqlər davam edir və onu daim həbslə hədələyirlər.

XS
SM
MD
LG