Accessibility links

İran müharibə oyunlarının üçüncü raunduna başlayır


İran mətbuatının bildirdiyinə görə, ölkənin elit İnqilab Qvardiyası sabah müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə müharibə oyunlarının yeni raunduna başlayır. 3 gün davam edəcək hərbi təlimlər İranın quru qüvvələrinin iştirakı ilə keçiriləcək. Qeyd edək ki, müharibə oyunları İranın İnqilab Qvardiyasının son bir neçə həftə ərzində keçirdiyi ikinci təlimdir. Cari ayın əvvələrində Qvardiya Rusiyada istehsal edilən hava müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini bildirmişdi. Bundan əlavə İran rəsmiləri nəhəng gəmiləri batırmağa qadir olan yeni raketlərin də sınaqdan keçirildiyini deyiblər.

XS
SM
MD
LG