Bu gün Bağdadda üç maşına yerləşdirilmiş bomba partlayışları 60 adamın ölümünə səbəb olub. Partlayışlar şiə rayonunda baş verib, nəticədə 100 adam yaralanıb. Qeyd edək ki, hadisələr İraq və Amerika qüvvələrinin təhlükəsizlik əməliyyatlarına başladığı vaxta təsadüf edir. Bununla yanaşı Amerikanın “New York Times| qəzetinin yazdığına görə yaraqlıların koalisiya qüvvələrinin təyyarəsinin vurulub salınmasına dair planı barədə sənədlər əldə edilib. Qəzet yazır ki, ABŞ rəsmiləri həmin sənədlərin Əl-Qaidə qrupu tərəfindən hazırlandığını bildirirlər.