Accessibility links

Almaniyanın xarici işlər naziri ABŞ-ı tənqid edib


Almaniyanın xarici işlər naziri Frank Valter Ştainmayer Amerikanı Rusiyanın Avropada raketlərdən müdafiə sisitemi ilə bağlı müzakirədə iştirakına yol vermədiyinə görə tənqid edib. Nazir bildirib ki, layihənin strateji mahiyyəti və onun Rusiya ilə yaxınlığına görə Vaşinqton ilk gündən Moskvanı danışıqlara cəlb etməli idi. Almaniyanın xarici işlər naziri Frank Valter Ştainmayer bunları Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibəsi zamanı deyib. Qeyd edək ki, ABŞ NATO müttəfiqləri Polşa və Çex respublikasından raketlərdən müdafiə sisteminin bəzi elementlərinin ölkələrində yerləşdirilməsini istəmişdi. Bu gün Varşava görüşündən sonra hər iki ölkənin baş nazirləri Amerikanın təklifini qəbul edəcəklərini deyiblər.

XS
SM
MD
LG