Accessibility links

Kondoliza Rays regiona qayıdacağına söz verib


Qüdsdə İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşən ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, Yaxın Şərqdə sülh prosesinə nail olunması məqsədilə o bu yaxınlarda regiona yenidən səfər edəcək. Xanım Rays bu vədi İsrail və Fələstin liderləri ilə zirvə görüşünün başa çatdığı zaman verib. İki saatdan çox cürən danışıqlardan sonra jurnalistlərlə görüşən dövlət katibi Fələstin və İsrail liderlərinin danışıqları davam etdirmək üçün bu yaxınlarda yenidən görüşmək qərarına gəldiklərini deyib.

Beynəlxalq ictimaiyyətin dəstəklədiyi Yol Xəritəsi sülh planına əsasən, Fələstin dövlətinin yaradılması ilə nəticələnəcək üç mərhələli prosesin bir hissəsi kimi fələstinlilər israillilərə qarşı hücumları, İsrailsə İordan Çayının Qərb Sahilində tikinti işlərini dayandırmalıdır.

XS
SM
MD
LG