Accessibility links

Pakistan ABŞ-ın yaydığı xəbərləri təkzib edir


Pakistan Birləşmiş Ştatların yeni yaydığı Əl-Qaidə terrorist qrupunun qəbilələrin məskunlaşdığı ərazilərdə təlim bazalarını yenidən açdıqlarına dair xəbəri kəskin şəkildə rədd edir. Bu iddialar Birləşmiş Ştatlarda Əl-Qaidənin Pakistandakı mövcudluğu barədə yayılan xəbələrin sonuncusudur. Birləşmiş Ştatların Pakistandakı və yerli rəsmiləri Üsama Bin Ladenin və onun zabitlərinin İslamçı terror şəbəkəsinin nəzarətini bərpa etdiyini deyirlər.

Nyu York Taymsın bu həftənin əvvəli yaydığı məlumatda deyilirdi ki, Əı- Qaidə Pakistanın Vəziristan vilayətində yeni əməliyyatlar bazası təsis edir.

Birləşmiş Ştatalrın kəşfiyyat rəsmiləri regionda Qərbə qarqı hücumlar planlaşdırdığı ehtimal edilən bir neçə düşərgənin müəyyən edildiyi barədə məlumat vermişdilər. Pakistanın xarici işlər nazirliyinin sözçüsü Təsnim Aslam bu gün məlumatları rədd etmişdir.

Qeyd edək ki, dünən Şimali Vəziristanda bir əfqan qaçqının cəsədi yol kənarından tapılmışdır. Yaraqlılar tərəfindən qətlə yetirilmiş bu şəxs Birləşmiş Ştatlara casusluqda günahlandırılıb.

XS
SM
MD
LG