Accessibility links

Rays Rusiyanın NATO-nun raketlərdən müdafiə sisteminin qurulmasına reaksiyasından təəssüfünü ifadə edib


Dövlət katibi Kondoliza Rays Rusiyanın Polşa və Çex Respublikası ərazisində ABŞ-ın inşa etdiyi raketlərdən müdafiə siteminin yerləşdirilməsinə reaksiyasını təəssüf hissi ilə qarşılayb. Xanım Rays müxbirlərlə söhbətində Rusiya strateji qüvvələrinin komandiri general Nikolay Solovtsovun bu iki ölkənin hədəf alına biləcəyilə bağlı hədələrini təəssüfedici adlandırıb. Kondoliza Rays deyib ki, ABŞ diplomatları Rusiya rəsmilərinə raketlərin yerləşdirilməsi planı ilə bağlı ətraflı məlumat veriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moksvanın hələ də sistemə görə ciddi narahat olduğunu bildirib.
XS
SM
MD
LG