Accessibility links

Iraqda ABŞ hərbçiləri 12 yaraqlını öldürüb


İraqda ABŞ hərbçilərinin bildirdiklərinə görə, koalisiya qüvvələri Ramadi şəhərində keçən altı saatlıq döyüşlərdə 12 yaraqlını öldürüblər.

Dəniz piyadalarının sözçüsü leytenant Şoun Merser deyib ki, döyüşlər çərşənbə günü gecə yaraqlıların ABŞ qüvvələrinə hücumundan sonra başlayıb.

Ənbar vilayətindəki bu şəhər sünni yaraqlıların istinadgahıdır. Merser mülki vərəndaşlar arasında ölənlərin olmadığını bildirin. Lakin İraq rəsmiləri ölənlərin sayının 26, və aralarında qadın və uşaqlar olduğunu bildiriblər.

XS
SM
MD
LG