Accessibility links

Britaniyada ABŞ raket sistemlərinin yerləşdirilməsi müzakirə olunur


Britaniya rəsmiləri bildirir ki, hökumət Vaşinqtonla Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin bir hissəsinin Britaniyada yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Britaniyanın baş naziri Toni Bleyrin sözçüsü bildirib ki, Vaşinqtonla müxtəlif səviyyədə danışıqlar aparılıb, amma müzakirələr hələ özünün ilkin mərhələsindədir.

Londonda ABŞ səfirliyinin rəsmisi Devid Conson deyib ki, Vaşinqton Britaniya ilə mümkün birgə səyləri müzakirə edir. Lakin o, hal hazırda Birləşmiş Ştatların Avropada hava hücumundan müdafiə sistemi qurma planlarının əsasən Polşa və Çexiyaya aid olduğunu qeyd edib.

XS
SM
MD
LG