Accessibility links

Amerikanın Səsinin 65 yaşı tamam oldu


Bu gün, fevralın 24-ü Amerikanın Səsi radiosu özünün 65-ci ildönümünü qeyd edir.

Amerikanın Səsi radiosu qısa dalğalarda yayımına ilk dəfə 1942-ci ildə, nasistlərin işğal etdiyi Avropada başlayıb. O vaxtdan təşkilat həftəlik yayımı min saatdan artıq və dünya miqyasında dinləyicilərin sayı 115 milyon nəfərdən artıq olan bir beynəlxalq multimedia xidmətinə çevrilmişdir.

Amerikanın Səsi radiosunun nasistlər tərəfindən işğal olunmuş Avropadan alman dilində yaymladığı verilişdə aparıcı Vilyam Harlan Heyl dinləyicilərə bu sözlərlə müraciyət etmişdir: “Xəbərlər yaxşı və ya pis ola bilər. Biz sizə həqiqəti deməliyik.”

Amerikanın Səsi radiosunun müdiri Den Ostin deyir ki, işə bu cür münasibət Amerikanın Səsi radiosunun 65-illik fəaliyyətində rəhbər prinsip olmuşdur: "Biz dinləyicilərimizə faktları düzgün çatdırırıq və bu vacibdir, çünkü onlar bu cür məlumatları diqər mənbələrdən əldə edə bilmirlər. Bu gün dünyada milyonlarla insan üçün biz hələ də ümüd və azadlıq işığı olaraq qalırıq. Bu isə böyük bir məsuliyyətdir".

Hal hazırda Amerikanın Səsi dünyanın 45 dilində radio və 25 dilində televiziya verilişlərini yayımlayan beynəlxalq multimedia xidmətidir.

Dünya dəyişdiyi kimi Amerikanın Səsi də dəyişir, lakin onun fəaliyyəti 30 il bundan əvvəl Kongress tərəfindən təsdiq olunmuş nizamnamə ilə tənzimlənir. Nizamnamənin tələblərinə görə Amerikanın Səsi daim etibarlı və yoxlanılmış məlumatlar mənbəyi, yayımladığı xəbərlər isə dəqiq, düzqün və tam olmalıdır. Hökümət tərəfindən maliyyələşdirilən proqram, dinləyicilərə Amerikanın balanslı və dolğun şəklini təqdim etməlidir.

Amerikanın Səsinin idarəetmə orqanı olan Yayımın İdarəetmə Şurası bildirib ki, növbəti bir neçə il ərzində təşkilat vəsaitləri yeni texnoloqiyalara və terror ilə mübarizədə vacib yer tutan dinləyicilərə yönəltməyi planlaşdırır. Planlaşdırılmış dəyişikliklər arasında Amerikanın Səsinin ingiliscə, habelə sabiq Sovet İttifaqı, bəzi Cənubi Asiya və Balkan ölkələri dillərində yayımların azaldılmasını nəzərdə tutur.

Cənab Ostin deyib ki, müasir İnternet səhifələri daxil olmaqla yeni texnologiyalar daha qeniş dinləyici auditoriyası ilə əlaqə yaratmağa və Amerikanın Səsinin 21-ci əsrdə istiqamətləndirməyə yardım edəcək. Lakin bütün proqram və texnoloji dəyişikliklərə baxmayaraq, Amerikanın Səsi radiosunun 65-il bundan əvvəl müəyyənləşmiş prinsiplərinə sadiq qalacaq.

XS
SM
MD
LG