Accessibility links

Pakistanda partlayış


Pakistan polisi bildirir ki, Pəncab vilayətində üç şübhəli yaraqlı velosipeddə daşıdıqları bombanın təsadüfən partlaması nəticəsində həlak olub. Partlayış Multan şəhərinin 100 kilometrliyində Çiiça Vatni şəhərciyində baş verib.

Həlak olanların hansı hücumu planlaşdırdıqları bəlli deyil. Polisin sözlərinə görə, onlardan ən azı ikisi yerli seminariyanın tələbələri olub və onların sünni müsəlman Sipahe Sahaba qeupu ilə əlaqəsi varmış. Son həftələrdə intiharçı hücumlar seriyasından sonra polis Pakistanda xüsusi iş rejiminə keçib.

XS
SM
MD
LG