Prezident Buş tibbi sığortanı öz vəsaiti ilə alan vətəndaşlar üçün vergi qanununda dəyişiklik etmək çağırışını yenidən təkrar etmişdir.
Bu gün etdiyi ənənəvi radio müraciətində cənab Buş deyib ki, Amerikanın sığorta sistemini təkmilləşdirmək çox vacibdir. Onun sözlərinə görə, Vaşinqton təcili tədbirlər görmədiyi təqdirdə, növbəti 10 ilə ərzində ABŞ verqi ödəyiciləri toplanmış sığorta vəsaitlərinin təxminən 50 faizini ödənişlər şəklində xərcləməli olacaqlar.
Prezidentin sığorta planı barədə təklifinə görə, sığorta ödənişləri üçün vergilər azaldılmalıdır. Bundan başqa o, hər bir ştat rəhbərliyini Amerikadakı sığorta proqramında islahatlar aparıb onun qiymətini aşağı salmağa çağırmışdır.
Lakin Demokratlar Partiyasının bəzi üzvləri deyirlər ki, cənab Buşun təklifləri nə sığorta, nə də tibbi xidmətlər xərclərinin azaldılmasına yardım etməyəcək.