Accessibility links

İsrail ordusu Nablusda reydlərini davam etdirir


İsrail hərbi qüvvələri İordan Çayının Qərb Sahili şəhəri Nablusda reydlərini davam etdirirlər. Hərbiçilər bu gün Fələstin yaraqlıları olmasından şübhələnilən binalarda axtarışlar aparmaq məqsədi ilə sakinlərdən evləri tərk etməyi tələb etmişlər. Atəş səslərinin eşidilməsinə baxmayaraq xəsarət və həbs barədə məlumat verilməyib.

İsrail hərbi qüvvələrinin reyd keçirdiyi bölgələrdə fələstinlilərin hərəkinə qadağalar qoyulub, lakin elan edilmiş komendant saatı ləğv edilib. Qeyd edək ki, İsrail terrorist mərkəzinin Nablus şəhərində yerləşdiyini deyir. Bunlarla yanaşı bildirilir ki, Nablusun civarında yerləşən qaçqın düşərgəsi Əl Farada İsrail qüvvələri ilə yaraqlılar arasında atışma olub.

XS
SM
MD
LG