Accessibility links

Con Neqroponte Çindədir


Çin Amerikanın Tayvana silah satışı planına kəskin etirazını bildirib. Etiraz Çində səfərdə olan ABŞ-ın dövlət katibinin müavini Con Neqroponte ilə görüş zamanı səslənib. Çin danışqılarının diqqət mərkəzində yer alan digər məsələ Şimali Koreyanın nüvə proqramıdır. Cənab Neqroponte Pekinə bu gün səfər edib. O, Çinin xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər keçirir. Xatırladaq ki, Con Neqropontenin regiona səfəri Yaponiyadan başlayıb. Onun Çində üç gün qalacağı gözlənilir.

XS
SM
MD
LG