Accessibility links

İndoneziyada torpaq sürüşməsi 40 adamın ölümünə səbəb olub


İndoneziyada günlərlə davam edən şiddətli yağış torpaq sürüşməsinə səbəb olub. Nəticədə 40-dan artıq adam həlak olub. Palçıq altında qalanlarının sayının daha artıq olduğu təxmin edilir. Xilasetmə işçiləri bu gün yalnız 40 cəsədi aşkar edə biliblər. 29 adamın itkin düşdüyü bildirilir. Torpaq sürüşməsi ilə bir neçə əsas yol bağlanıb. Xatırladaq ki, keçən ay İndoneziyada daşqınlar səbəbi ilə 100-dən artıq adam həlak olmuşdu.

XS
SM
MD
LG