Accessibility links

İrana qarşı qətnamə layihəsi yekunlaşdırıldı


BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri bu gün İrana qarşı yeni sanksiyalarla bağlı qətnaməni yekunlaşdırıblar. Qətnamə layihəsinin Şuranın 15 üzvü tərəfindən gələn həftə nəzərdən keçiriləcəyi gözlənilir. Bu, İranın keçən həftə BMT-nin uranın zənginləşdirilməsinə dair proqrama son qoyulması tələbinə məhəl qoymamasından sonra həyata keçirilir. Diplomatların bildirdiyinə görə, yeni ölçülərə İranın səlahiyyətli nümayəndələrinin səyahətlərinə qadağa qoyulması, İrana ixrac edilən yüksək texnologiyaya nəzarət, habelə İranın ticarət kreditlərinə maneələr kimi məsələr daxildir.

XS
SM
MD
LG