Accessibility links

İraqda 6 mülki vətəndaş qətlə yetirilib


İraq polisinin bildirdiyinə görə, bu gün naməlum silahlı şəxslər tərəfindən evləri qarşısında 6 sünnü mülki vətəndaş qətlə yetirilib. Onların 6-nın da kişi və eyni ailənin üzvü olduğu bildirilir. Həmin şəxslər keçən ay şiələrlə barışıq danışıqlarında iştirak etdiklərinə görə cavab verəcəkləri barədə xəbərdarlıq almışdılar. Hücumun Bağdaddan 20 km cənubda yerləşən Yusufiyyə şəhərində baş verdiyi deyilir. ABŞ hərbi qüvvələri tərəfindən isə Bağdadın şimal bölgəsində keçirilən reyd nəticəsində Əl-Qaidə üzvləri olduğundan şübhələnilən 9 terrorçu ələ keçirilib.

XS
SM
MD
LG