Accessibility links

ABŞ Çini  şəffaflıq nümayiş etdirməyə çağırıb


Amerika Birləşmiş Ştatları Çini silahlanmada şəffaflıq nümayiş etdirməyə çağırıb. ABŞ dövlət katibinin müavini Con Neqropontenin bu çağırışı Pekin rəsmilərinin bu il hərbi xərclərin 18 faiz, başqa sözlə 45 milyard dollara çatdırmaq niyyətini dilə gətirmələrindən sonra edilib. ABŞ dövlət katibinin müavini Con Neqropontenin Çin rəsmiləri ilə keçirdiyi görüşlərin diqqət mərkəzində Şimali Koreyanın nüvə proqramı da yer alır. Gündəlikdə Şimali Koreyanın ötən ay razılıq verdiyi kimi nüvə fəaliyyətlərindən əl çəkməsinə qoyulan möhlətə riayət etməsi əsas məsələdir. Çinin hərbi qüdrətini artıqmaq planları Con Neqropontenin səfərini kölgə altına alıb. Belə ki, ABŞ rəsmisi Çinin müdafiə büdcəsini artıcağını deməsindən sonra o ölkədə şəffaflıq nümayiş etdirilmədiyindən şikayətlənib. ABŞ dövlət katibinin müavini Con Neqroponte deyib ki, müzakirələr Pentaqon və Çinin hərbi rəsmiləri arasında aparılmalıdır. Con Neqropontenin səfəri zamanı Çin Amerikanın ərazisi hesab etdiyi Tayvana silah satışı planına kəskin etirazını bildirib. Vaşiqnton isə Tayvanın gücdən istifadə edilməklə Çinlə birləşdirilməsindən narahatdır. Bu gün Çin hökuməti rəsmən ABŞ-a müraciət edərək, Tayvana raket satışına yol verməməyə çağırıb. Con Neqroponte isə deyib ki, Tayvana silah satışı Vaşinqtonun Çinlə əldə etdiyi razılqılara əsasən həyata keçiriləcək. ABŞ-ın dövlət katibinin müavini Pekinə dünən səfər edib. O, Çinin xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər keçirib. Xatrıladaq ki, Con Neqropontenin regiona səfəri Yaponiyadan başlayıb. Onun üç günlük Çin danışqılarından sonra Cənubi Koreyaya gedəcəyi gözlənilir.

XS
SM
MD
LG