Bu gün Əfqanıstanda kamikadze hücumu 16 mülki vətəndaşın həlak olmasına yol açıb. Hərbiçilərin bidlridiyinə görə, əsgərlər intiharçının keşikçilərin üzərinə maşın sürməsindən sonra cavab atəşi açıblar. Nəticədə yaraqlı şəxslərlə atışma baş verib. Mülki vətəndaşların kim tərəfindən öldürüldüyü hələ məlum deyil. Bundan əvvəl isə əfqan polisi daha bir kamikadze hücumunun 8 milki vətəndaşın ölümü, 30-nun yaralanması ilə nəticələndiyini bildirmişdi.