Accessibility links

Iranda qadın fəallar həbs olunub


İrandan daxil olan xəbərlərə görə Tehran məhkəməsinin dışarısında 25 qadın hüquqları fəallları həbs olunub. Deyilənə görə həmin bu qadınlar paytaxtda 5 başqa qadın fəalı üzərində başlayan məhkəməyə etiraz edirdilər. Bu 5 qadın ötən iyun ayında qeyri-qanuni piket keçirdiklərinə görə milli təhlükəsizliiyə qarşı hərəkət etməkdə günahlandırılırlar. Həmin nümayiş İranlı qadınlara qarşış ayrıseçkilik tətbiq edən qanunlara etiraz məqsədi daşıyırdı. Nyu Yorkda yerləşən insan hüquqları qrupu İran hökumətini məhkəmə işini bağlamağa çağırıb. Human Rayts Uotç təşkilatı deyir ki, sərbəst toplaşma hüququ həm beynəlxalq həm də İran qanunlarında öz əksini tapıb.
XS
SM
MD
LG