Accessibility links

İranlı jurnalistlər həbs olunub


İran hökuməti bildirir ki, ölkənin etnik bölgüsünü alovlandırmaq ittihamları ilə bir neçə jurnalist həbs olunub. İranın kəışfiyyat nazirliyi həbs haqda məlumat yaysa da jurnalistlərin adlarını açıqlamayıb. Nazirliyin bəyanatında deyilir ki, həbs olunan jurnalistlər İranın bölünməsinı xidmət edən məqalələr yazmaq əvəzində xaricdən külli miqdarda dollar aldıqlarını etiraf ediblər. Nazirliyk maliyyə vəsaitinin haradan qaynaqlandığını açıqlamayıb. İranın ən böyük etnik qruplarına Azərilər, Kürdlər, Ərəblər və Bəluclar daxildir. İnsan hüquqları qrupları Tehranı etnik azlıqların hüquqlarını mütəmadi olaraq pozmaqda ittiham edir.
XS
SM
MD
LG