Accessibility links

Bomba partlayışı 26 nəfərin ölümünə səbəb olub


İraq polisinin bidirdiyinə görə, bu gün Bağdadın mərkəzindəki izdihamlı bazarın yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı azı 26 adamın ölümünə səbəb olub. Partlayış nəticəsində azı 54 nəfər bədən xəsarəti alıb. Artıq üçüncü həftədir ki, İraq və Birləşmiş Ştatlar hərbiçiləri Bağdadda təriqətlərarası zorakılıqlara son qoymaq məqsədilə təhlükəsizlik əməliyyatları keçirir.

Bu arada, İraq hökuməti bazar günü İraq və Britaniya qüvvələrinin Bəsrədə ölkənin Kəşfiyyat Agentliyində keçirdiyi reydlə əlaqədar istintaq aparılması haqda göstəriş verib. Kəşfiyyat Agentliyində bədənində işgəncə əlamətlərinin olduğu dustaqların tapıldığını bildirib. İraqın baş naziri Nuri Əl Maliki agentlikdə keçirilmiş reydi qınayıb və qeyri-qanuni adlandırıblar.

XS
SM
MD
LG