Accessibility links

İran Bağdadda İraqa dair konfransda iştirak edəcək


İran şənbə günü Bağdadda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyini bildirib. Bu haqda açıqlamanı İranın xarici işlər naziri Mənüçehr Müttəki verib. Xarici işlər naziri Mənüçehr Müttəki Tehranda mətbuat konfransında deyib ki, İran nümayəndə heyətinə xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Abbas Arağci başçılıq edəcək.
İraqda sabitlik Bağdad konfransının diqqət mərkəzində olacaq. Konfransda İraqla qonşu dövlətlər, habelə BMT-nin Təhlüksəizlik Şurasının beş daimi üzvü: Amerika Birləşmşi Ştatları, Britaniya, Fransa, Rusiya və Çin iştirak edəcək. Konfransda ABŞ-ın iraqın daxili işlərinə müdaxilə etməkdə günahlandırdığı İran və Suriya ilə birbaşa danışıqlar aparacağı aydın deyil.
Bundan öncə Ağ Ev İran və Suriya ilə birbaşa danışıqlar aparılmayacağını bəyan etmişdi. Lakin Bağdad görüşündə Amerikanı təmsil edəcək ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad keçən həftə bildirmişdi ki, o, İraqda yaraqlıların İranda istehsal olunmuş silahlarla təchiz olunmasına dair dəlillərlə bağlı birbaşa danışıqlar apara bilər. Rəsmi Vaşinqton Suriyanı xarici yaraqlıların sərhəddən İraqa keçməsinə imkan verməkdə günahlandırır.
Bağdad görşündən sonra aprel ayında xarici işlər nazirləri səviyyəsində görşün keçirilməsi planlaşdırılır. ABŞ Dövlət katibi Kondoliza Rays görüşə qatılacağını bildirib.

XS
SM
MD
LG