Accessibility links

İraqda şiə zəvvarlara qarşı hücumlar davam edir


İraqın təhlükəsizlik qüvvələrinin rəsmiləri yaraqlıların bu gün daha on beş şiə müsəlmanı qətlə yetirdiyini bildiriblər. Polisin verdiyi məlumata görə, Bağdadın Səidiyyə məhəlləsində yaraqlıların maşına yerləşdirilmiş bomba hücumunun əsas hədəfi şiə zəvvarlar və polis olub. Bağdadın cənubunda əsas etibarilə şiələrin yaşadığı Dora məhəlləsində isə bu gün həyata keçirilmiş hücum zamanı 10 nəfər yaralanıb. Dünən İraqın müxtəlif yerlərində bomba hücumları və atışmalar zamanı 140-a yaxın şiə zəvvar qətlə yetirilib. Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandiri general Devid Petreus və ABŞ-ın səfiri Zalmay Xəlilzad İraq xalqına qarşı qəddar hücumları qınayan bəyanatla çıxış ediblər.
XS
SM
MD
LG