Dünya şöhrətli violençelist və dirijor Mstislav Rostroviç bu gün Moskvada müalicə olunduğu xəstəxanadan çıxıb. Musiqiçinin sözçüsü Natalya Dolejal müxbirlərə 79 yaşlı Rostropoviçin özünü yaxşı hiss etdiyini deyib, lakin onun xəstəliyilə bağlı detallara toxunmayıb. Prezident Vladimir Putin keçən ay Rostropoviçə xəstəxanada baş çəkmişdi. Orada Rusiya przidenti ona Vətənə xidmət medalını təqdim etmişdi.