Accessibility links

Rusiya və İran nüvə stansiyasının inşasının maliyyələşdirilməsilə bağlı mübahisəni həll edə bilməyib


Rusiyanın rəsmi mənbələrindən verilən məlumata görə, İran və Rusiya Buşehr nüvə elektrik stansiyasının inşasında gecikməni aradan qaldıra biləcək maliyyə mübahisəsini həll edə bilməyiblər. Rəsmi mənbə bildirib ki, Moksvada üç gün sürən danışıqlar nəticəsiz olub. Belə ki, Rusiyanın İranın stansiyanın inşası üçün pulu gecikdirməsi iddiası təmin olunmayıb. İran rəsmiləri bu iddianı rədd edib və Rusiyanı əvvəl əldə olunmuş razılığa əsasən, nüvə yanacağını stansiyaya göndərməyə çağırıblar. İranın nüvə agentliyinin başçısının müavini Məhəmməd Saidi bu gün Rusiya televiziyasında çıxışı zamanı deyib ki, İran sentyabr ayında stansiyanın işə düşməsi üçün Rusiyaya daha çox maliyyə təklif etməyə hazır idi.
XS
SM
MD
LG