Accessibility links

Rusiya Dövlət Departamentinin insan haqlarına dair hesabatını tənqid edib


Rusiya ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarına dair son hesabatını tənqid edərək, onun qeyri-obyektiv olduğunu bəyan edib. Rusiya Xarici İşlər nazirliyinin yazılı bəyanatında Birləşmiş Ştatlar ikili standartlara malik olmaq və neqativ nəticələr çıxarmağa əsas vermək üçün həqiqi vəziyyəti təhrif etməkdə ittiham edilib. Burada həmçinin ABŞ-ın İraq və Əfqanıstanda siyasəti, habelə Kubada Quantanamo hərbi bazasında terrorçuların saxlandığı həbsxana tənqid edilib. Dövlət Departamentinin hesabatında son il prezident Putinin hakimyyəti mərkəzləşdirməsilə Rusiyada insan hüquqları sahəsində vəziyyətinin pisləşdiyi qeyd edilir. Hesabatda qeyri-hökumət təkilatlarının qarşılaşdığı məhdudiyyətlər, islahatçıların və jurnaslistlərin sifariş üsulu ilə həyata keçirilmiş qətlləri və Çeçenistanda insan hüquqlarının geniş şəkildə pozulması halları göstərilmişdir.

XS
SM
MD
LG