Accessibility links

ABŞ-ın Federal Təhqiqat İdarəsi qaydalara riayət etməyib


ABŞ Federal Təhqiqat İdarəsinin direktoru Robert Müller, anti terrorizm istintaqlarıyla əlaqədar şəxslərə məxsus xüsusi məlumatları idarənin qeyri-qanuni olaraq ələ keçirməsi barədə məsuliyyəti öz boynuna götürüb. Prezident buş isə direktorun işinə inandığını bildirib.

ABŞ ədliyyə nazirliyinin apardığı istintaq nəticəsində federal təhqiqat idarəsinin şəxsi məlumatları əldə etmək üçün milli təhlükəsizliyə dair məktubları qaydalara riayət etmədən hazırladığı müəyyən edilib.

İdarənin direktoru cənab Müller belə suistifadələrin yolverilməz olduğunu söyləyib və lazımı tədbirləri görməyə söz verib. O deyib ki, Amerikalıların terrorçuluqdan qorunması üçün çox vacib olan belə məktublar qayda və qanunlara uyğun olaraq hazırlanmalıdır.

XS
SM
MD
LG