Accessibility links

İraqda müxtəlif hücumlar zamanı 40-da çox adam həlak olub


İraqda bomba hücumları zamanı 40-dan çox adam həlak olub. Polisin verdiyi məlumata görə, intiharçının Kərbəla ziyarətində olmuş zəvvarları daşıyan avtobusa hücumu 19 adamın ölümülə nəticələnib. Bağdadda mini avtobusda həyata keçirilmiş intihar bomba hücumu nəticəsində 10 nəfər həlak olub. Mosulda sünnülərin ən böyük siyasi partiyası olan İraq islam partiyasının qərargahında bomba partlayışı 3 nəfərin ölümülə nəticələnib. ABŞ-ın İraqda hərbi qüvvələri koalisiya qüvvələrinin 15 əl-Qaidə və xarici yaraqlını həbs etdiyini bildirib.
XS
SM
MD
LG