Accessibility links

BMT-nin nüvə agentliyinin başçısı Pxenyana səfər edir


Beynəlxalq Atom enerjisi agentliyinin başçısı Məhəmməd Əl-Baradi rəsmi Pxenyanın gizli nüvə silahı proqramına son qoymaq məqsədilə altıtərəfli danışıqlarda əldə olunmuş razılığın həyata keçirilməsi yollarını müzakirə etmək üçün Şimali Koreyaya yola düşüb. Pxenyandan öncə cənab Baradei Pekində olacaq. Vyananı tərk etməzdən əvvəl cənab ƏlBaradei deyib ki, o, razılığın həyata keçirilməsi yolarını müzakirə etmək istəyir. O bildirib ki, razılığa əsasən, BMT-nin nüvə agentliyi Yonqbuyon obyektinin dondurulması prosesini monitorinq etməlidir. Məhəmməd əl-Baradei Şimali Koreya rəsmilərilə nüvəsizləşdirilmə prosesində BMT-in rolunun müəyyənləşidirilməsi məsələsi üzərində işləməyi planlaşdırır.
XS
SM
MD
LG