Accessibility links

ABŞ prezidenti Corc Buşun Latın Amerikasına səfəri davam edir


ABŞ prezidenti Buş həftəlik Latın Amerikasına səfərinin növbəti dayanacağı olan Qvatemalada immiqrasiya və ticarət məsələlərini müzakirə edir. Cənab Buş bu gün Qvatemala Sitidə ölkə prezidenti Oskar Berqerlə görüşəcək. Gözlənilir ki, iki lider ABŞ-da qeyri-qanuni çalışan minlərlə adamın statusunu müzakirə edəcəklər. Prezident Buş qonaq işçi proqramı təklif edib ki, bu proqram bəzi qeyri-leqal mühacirlərə Amerikada qalıb işləmək imkanı verəcək. Dünən cənab Buş hazırda siyasi qalmaqalla üzləşən Kolumbiya prezidenti Alvaro Uribe ilə görüşərək ona Vaşinqtonun rəsmi dəstəyini verib.

XS
SM
MD
LG