Accessibility links

ABŞ və Cənubi Koreya azad ticarətlə bağlı razılıq əldə edib


Cənubi Koreya və Amerikanın ticarət müzakirəçilərinin azad ticarətlə bağlı razılıq əldə etmələrinə baxmayaraq, maşınqayırma və kənd təsərrüfatı sahələrindəki fikir ayrılıqları dəyişmədən qalır. Tərəflər 5 günlük Seul danışıqlarını bu gün başa vurublar. Cənubi Koreyanın baş müzakirəçisinin müavini bildirib ki, həll edilməmiş məsələlərin müzakirəsi ilə bağlı qeyri-rəsmi danışıqlara ehtiyac var. Amerika nümayəndəsi isə tərəqqi əldə edilməsinə baxmayaraq, avtomobil də daxil edilməklə, bəzi sahələrlə bağlı əlavə iş görülməli olduğunu bildirib.

XS
SM
MD
LG