Accessibility links

ABŞ prezidenti Corc Buş Meksikadadır


Hazırda Meksikada səfərdə olan ABŞ prezidenti Corc Buş meksikalı həmkarı Felipe Kalderonla qeyri-qanuni mühacirət axınının qarşısının alınması və narkotik maddə qaçaqmalçılığı ilə mübarizə məsələlərini müzakirə edir. Qeyd edək ki, bu, ABŞ prezidentinin Latın Amerikası ölkələrinə etdiyi səfərinin son dayanacağıdır. Qeyri-qanuni mühacirət iki qonşu ölkənin üzləşdiyi ən ciddi problemlərdən biridir. Meksika prezident Buşun sərhədlər boyu min km uzunluğunda hasar çəkilməsi planının əleyhinədir. ABŞ prezidenti isə sərhədlərin möhkəmləndirilməsi və qeyri-qanuni mühacirlərin müvəqqəti iş vizaları ilə təmin edilməsi ilə problemin həllinə yardım edilə biləcəyini deyir.

XS
SM
MD
LG