Accessibility links

Buş-Kalderon görüşündə sərhəd təhlükəsizliyi məsələləri müzakirə edilib


Prezident Buş deyib ki, ABŞ-da yaxşı bir miqrasiya qanunu həm Birləşmiş Ştatlar, həm də Meiksika iqtiasdiyyatına yardım edə bilər. Bu gün Meksika prezidenti Filipe Kalderonla birgə mətbuat konfransında cənab Buş deyib ki, Amerika Birləşmiş Ştatları yaxşı bir miqrasiya siyasətinə malik olsa, insanlar sərhəddi keçmək məcburiyyəti qarşısında qalmayacaqlar. ABŞ prezidenti deyib ki, bu vəziyyət insan haqlarının pozulmasına gətirib çıxarır. Meksika prezidenti Filipe Kalderon ABŞ-da yaşayan meksikalılara görə narahatlığını prezident Buşa çatdırdığını deyib. Onun sözlərinə görə, sərhəd iki ölkəni bir araya gətirən bir faktor olmalıdır.

XS
SM
MD
LG