Accessibility links

Valeri Pleym adının açıqlanmasına görə ABŞ rəsmilərini günahlandırıb


Mərkəzi Kəşfiyyat Agentliyinin məlumat sızması ilə bağlı qalmaqalın mərkəzində duran Valeri Pleym Ağ Ev və Dövlət Departamenti rəsmilərinin onun adını laqeydlik və səhlənkarlıqla hallandırdığını bildirib. Agentliyin keçmiş əməkdaşı xanım Pleym bu gün Konqresin Hökumət İslahatları Komitəsində bunları deyib. O, 2003-cü ilin iyul ayının 14-də onun gizli agent kimi şəxsiyyətinin üzə çıxarılmasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinə çalışdığını bildirib. Valeri Pleym xarici düşmənlərin təhlükəsi altında olan agentlərin öz hökumətləri tərəfindən açıqlanmasının inanılmaz bir iş olduğunu və bunun yalnız siyasi motivlərə əsaslandığını bildirib.

XS
SM
MD
LG