Accessibility links

ABŞ Mərkəzi Bankı inflyasiyanın qarşısını almağa çalışır


ABŞ-da inflyasiya kursu ötən aya nisbətən Fevral ayında 0,4 faiz artıb. Əmək Departamentinin məlumatına görə dəyişkən enerji qiymətləri ümumi qiymətlərin qalxmasına səbəb olub. Son il ərzində istehlakçı qiymətləri 2,7 faiz artıb. ABŞ Mərkəzi Bankı deyir ki, inflaysiya iqtisadiyyatın durumuna təhlükədir. Federal rəsmilər inflyasiyanı 2 faizdən aşağıda saxlamağa çalışırlar. Onlar gələn həftə bir araya gələrək sələm faizlərini nəzərdən keçirəcəklər. Federal hökumət iqtisadiyyatı yavaşıtmaq və inflyasiyanın qarşısını almaq üçün sələm faizlərini son aylarda bir neçə dəfə qaldırıb.
XS
SM
MD
LG