Accessibility links

Fələstin parlamenti milli birlik hökumətini təsdiq edib


Fələstin parlamenti yeni Fətah-Həmas koalisiya hökumətinin tərkibini mütləq səs çoxluğu ilə təsdiq edib. 132 nəfərlik parlamentin 83 nəfəri yeni kabinetin lehinə səs verərək fələstin hakimiyyətinə qarşı beynəlxalq boykotun götürülməsi istiqamətində formal problemlərdən birini aradan qaldırıb.

Yeni hökumətin platformasını təqdim edən baş nazir İsmayıl Haniyə bildirib ki, Həmasın başçılıq etdiyi kabinetin məqsədi İsrailin 1967-ci il 6 günlük müharibə zamanı işğal etdiyi torpaqlarda müstəqil Fələstin dövləti qurmaqdır.

O həmçinin Birləşmiş Ştatları Fələstin məsələsinə yanaşmasını yenidən nəzərdən keçirməyə çağıraraq fələstinlilərlə amerika xalqı arasında yaxşı münasibətlərin qurulacağına ümid etdiyini bildirib.

Prezident Mahmud Abbas İsraili fələstinlilərə qatrşı zorakılıqları dayandırmağa çağırıb. Mötədil Fətah liderinin sözlərinə görə, fələstinlilər İsraillə danışıqlar yolu ilə müəyyənləşmiş sülh içində məhdudiyətsiz yaşamağa hazırdırlar.

Tel Əviv artıq yeni milli birlik hökuməti ilə əməkdaşlığı rədd edib. İsrail rsəmiləri yəhudi dövlətinin mövcudluq hüququnu tanımayan Fələstin hökuməti ilə işləməyəcəyini deyib.

XS
SM
MD
LG