Accessibility links

Avstraliyanın hərbi təyyarəsi İraqın cənubunda enməli olub


Avstraliyanın baş naziri Con Hovardın tərkində olduğu Avstraliya hərbi təyyarəsi cənubi İraqda fövqəladə eniş etməli olub. Avstraliya xəbər agentliklərinin yaydığı məlumata görə, təyyarə göyə qalxdıqdan qısa müddət sonra kabinəyə tüstü dolması səbəbilə Tallil hava bazasına dönməli olub. Xəsarət alan yoxdur. Cənab Hovard bir qədər sonra başqa bir təyyarə ilə Bağdada uçub. İnsidentin səbəbləri araşdırılır.
XS
SM
MD
LG