Accessibility links

Rusiya Kosovonun statusu ilə bağlı yeni BMT elçisinin təyin edilməsini istəyir


Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Kosovonun statusu ilə bağlı məsələni çözmək üçün yeni BMT elçisinin təyin etmək lazım olduğunu deyib. İqor İvanov bu sözləri BMT elçisi Marti Ahtisaarinin Belqrad və Kosovonun alban rəhbərliyi arasında danışıqlar potensialının bitdiyi barədə bəyanatından sonra deyib.

Belqrad BMT-nin qiyamçı əyalətə özünüidarə və beynəlxalq təşkilatlarda təmsilçilik hüququnun verilməsini ehtiva edən planını rədd edərək Kosovonun tarixən Serbiyanın ayrılmaz hissəsi olduğunu və bundan sonra da belə qalacağını bildirib. Təklif Kosovonun etnik albanlarının tam müstəqillik tələbinə cavab verməsə də onlar paketi qəbul ediblər. Ahtisaari planın BMT Təhlükəsizlik Şurasına bu ayın sonunda təqdim olunacağını deyib.

XS
SM
MD
LG