Accessibility links

Belarus rəsmilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilib


Birləşmiş Ştatlar insan hüquqlarının pozulması və siyasi represiyalardakı roluna görə, Belarusun daha 6 rəsmisinə qarşı maliyyə sanksiyaları tətbiq edib. Birləşmiş Ştatların maliyyə nazirliyinin bu qərarı ilə rəsmilərin bank hesabları dondurulur və Amerika vətəndaşlarına onlarla bisnes aparmaq qadağan edilir. Birləşmiş Ştatlar 2006-cı ilin iyul ayında prezident Aleksandr Lukaşenko daxil edilməklə, digər 10 Belarus vətəndaşına qarşı buna bənzər ölçülər götürmüşdü.

ABŞ-ın Maliyyə nazirliyinin bəyanatında bildirilir ki, bu rəsmilərin hərəkətləri və siyasətləri Belarusun demokratik prossesləri və təsisatlarını təhlükə atına alır. Buna 2006-cı ilin mart ayında Belarusda keçirilmiş qeyri-demokratik prezident seçkilərini misal göstərmək olar. Səsvermədən sonra minlərlə müxalifət tərəfdarının iştirakı ilə paytaxt Minskdə bir sıra nümayişlər təşkil edilmişdi. Polis güc tətbiq etməklə nümayişləri dağıtmışdı. Hazırda həbsdə olan müxalifət lideri Aleksandr Kozulin daxil olmaqla yüzlərlə nümayişçi həbs edilmişdi. Lukaşenko hökuməti müxalifətin gənc üzvlərini həbs etməkdə davam edir.

Belarus rəsmilərinə qarşı sanksiyaların digər səbəbi hökuməti tənqid edənlərin itkin düşmələridir. Onlar arasında 1999-cu ildə izləri itirilmiş demokratik müxalifətin lideri Vikton Qonçar və demokratiyanı dəstəkləyən biznesmen Anatoli Krasovski də var. Belarus hökumətinin Çeçen separatistlərinə yardım göstərdiyi barədə məlumat verdikdən sonra tanınmış televiziya jurnalisti Demitri Zavadski 2000-ci ildən yoxa çıxıb. Beynəlxalq təhqiqatlara əsasən, bu şəxslər Belarus hökuməti tərəfindən qətlə yetilib.

Birləşmiş Ştatların Maliyyə nazirliyinin xarici fondlara nəzarət idarəsinin direktoru Adam Szubin deyir ki, insan hüquqlarına riayət etməyənlər və siyasi represiyalara əl atanlara sivil cəmiyyətdə yer yoxdur. Birləşmiş Ştatlar vəzifələrindən sui-istifadə edərək öz xalqından oğurlayan, demokratiya və azadlığı boğan Belarus rəsmilərini hədəf almaqda davam edəcək- deyə o bildirib.

XS
SM
MD
LG