Accessibility links

Ulyanovsk şaxtasında partlayış baş verib


Rusiya rəsmilərinin bildirdiklərinə görə, Sibirdəki bir kömür şaxtasında baş verən partlayış nəticəsində azı 17 adam həlak olub. Kamerovodakı Ulyanovsk şaxtasında metan qazı partlayan zaman şaxdada 168 adamın olduğu bildirilib. Rəsmi məlumata görə üçü yaralı olmaqla, 55 adam xilas edilib.

Qeyd edək ki, Rusiyanın köhnə kömür şaxtalarında qəzalar tez-tez baş verir. Lakin Ulyanovsk şaxtası 2000-ci ildə fəaliyyətə başlayıb və regionda ən modern şaxdalardan biri hesab olunur.

XS
SM
MD
LG