Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan artıq regional liderdir


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da rəsmi işgüzar səfərdədir. Cənab Məmmədyarov Vaşinqtonda Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institiunda Azərbaycanın regional və beynəlxalq rolu mövzusunda məruzə ilə çıxış edib.

Xarici işlər naziri Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişafını qeyd edərək, regionun ölkələrilə əməkdaşlığı genişləndirdiyini bildirdi. Onun sözlərinə görə regional enerji layihələrinin önündə gedən Azərbaycan Respublikası artıq regional liderdir və özünün xarici siyasətini də bu mövqeyə uyğun olaraq qurur.

Xarici işlər naziri çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına geniş yer verdi. O bildirdi ki, regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığa mane olan yeganə ciddi problem münaqişənin olmasıdır. Azərbaycan xarici işlər naziri səfəri zamanı Dövlət katibi Kondoliza Rays, ABŞ Konqresinin üzvlərilə görüşəcək, Pentaqonda görüşlər keçirəcək.

XS
SM
MD
LG