Accessibility links

Kondoliza Rays rəsmi səfərlə Misirdədir


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Raysın və İsrail - Fələstin sülh prosesinə yeni mərhələnin qoyulacağına ümid məqsədi ilə Yaxın Şərqə səfərinin bu gün ilk dayanacağı Misir olub. Yaxın Şərqə yola düşməzdən əvvəl dünən müxbirlərlə görüşü zamanı xanım Rays sülh danışıqlarında Ərəb dövlətlərinin dəstəyinə və Ərəb Liqasının 2002-ci ildə təklif etdiyi sülh planının yenidən müzakirəyə qoyulacağına ümid etdiyini deyib. Həmin planda İsrailin 1967-ci ildə işğal etdiyi Fələstin ərazilərindən çıxacağı təqdirdə Ərəb dövlətlərinin İsraillə münasibətinin normallaşacağı nəzərdə tutulur.

Birləşmiş Ştatların dövlət katibi bu gün Ərəb Dördlüyünə daxil olan Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Ərəb Əmirliklərinin xarici işlər nazirləri və yüsək səviyyəli nümayəndələri ilə danışıqlar aparmaq məqsədi ilə Misrin Asvan şəhərindədir. Sabah xanım Raysın Misir prezidenti Hüsnü Mübarəklə görüşəcəyi gözlənilir. Sabah Kondoliza Rays eləcə də Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşəcək və İsrailin baş naziri Ehud Olmertlə görüşmək üçün Qüdsə gedəcək.

XS
SM
MD
LG