İraq rəsmiləri deyirlər ki, Bağdadın cənubunda Şiə məscidinin partladılmasından bir gün sonra həmin qəsəbədə Sünni məscidi dağıdılıb. Sünni məscidinin partlaması nəticəsində ən azı 2 nəfər yaralanıb. İraqda Sünnilərlə Şiələr arasında cərəyan edən təriqətlərarası zorakılıqlarda məscidlər tez-tez hədəfə çevrilirlər. Dünən Hasvada Şiə məscidinin partladılması nəticəsində ən azı 11 adam həlak olub. Bu arada İraq polisi içində xlorin maddəsi olan maşını partlatmağı planlaşdıran şəxsi həbs edib. Qiyamçılar inidyədək İraqda 7 xlorin bomba hücumu həyata keçiriblər.