Accessibility links

Berlində Avropa İttifaqının sammiti təşkil edilib


Avropa İttifaqının prezidentliyini icra edən Almaniyanın Berlin şəhərində qurumun 50-ci ildönümü münasibəti ilə sammit təşkil edilib. Qurumun liderərinin görüşü zamanı Berlin deklarasiyası əldə edilib Berlin deklarasiyası ittifaqa üzv 27 ölkənin nümayəndələrini 2009-cu il Avropa parlamentinə seçkilərdən əvvəl yeni iş çərçivəsinin təsisi, qloballaşma, rəqabət, enerji mənbələri, iqlim dəyişikliyi və təhlükəsizlik kimi məsələrin həllində iş birliyinə çağırır. Sənəddə Avropa İttifaqının dünyadakı bütün münaqişələrin sülh yolu ilə həlli, insanların terrorizm, müharibələr və zorakılıqların qurbanı olmamasının təminat altına alınması, yoxsulluq, aclıq və xəstəliklərlə mübarizə öhdəliklərinə sadiq qaldığı deyilir. Sammit zamanı Avropa İttifaqının prezidentliyini icra edən Almaniyanın kansleri Ancela Merkel deyib ki, əgər liderlər ittifaqın yeni konstitusiyasını qəbul etməsə, bu ən böyük tarixi nailiyyətsizlik olacaq. O, Avropa İttifaqının liderlərini iyun ayının sonundək konstitusiya ilə bağlı qərar verməyə çağırıb. Almaniya kansleri bildirib ki, bu təkcə Avropa deyil, bütün müstəqil dövlətlər, Avropa sakinlərinin marağına xidmət edir. Xanım Merkel yeni konstitusiyanın təsisinin blokun həm iqtisadi, həm də qonşu Belarus, uzaq Sudan və Zimbabve kimi ölkələrdə insan hüquqlarının müsafiəsi üçün qlobal rolunu təmin edəcəyini bildirib. Qeyd edək ki, Avropa Cəmiyyəti və daha sonra Avropa İttifaqı adlandırılan qurum 1957-ci ildə əldə edilən Roma sazişinə əsasən təsis edilmişdi. O vaxt Fransa, Almaniya, İtaliya, Hollandiya, Belçika və Luksemburq Avropanın ortaq bazarının əsasını qoymuşdu.

XS
SM
MD
LG