Accessibility links

Britaniya lideri İrandan dənizçilərin buraxılmasını tələb edir


Britaniya baş naziri Toni Bleyer İranın 15 Britnaiya Donanması əməkdaşını saxlamasını səhv və əsassız bir əməl adlandırıb. Cənab Bleyer həmçinin İran tərəfinin Britnaiylıların İran sularında saxlanması haqda dediklərini rədd edib. İran deyir ki, Britaniyalılar İran sularına daxil olduqlarını etiraf ediblər və onlar hazırda Tehranda yaxşı vəziyyətdədirlər. İran-İraq su sərhədində İran tərəfindən ələ keçirilmiş 15 Britaniya dənizçinin azad edilməsi ilə bağlı Tehran üzərində beynəlxalq təzyiqlər də güclənib. Avropa Bilriyi həmçinin əsgrələrin aazad olunmasına səsləyib. Qeyd edək ki, İran hərbi donanması Şətt əl Ərəb boğazında Britaniyalılar bir ticarət gəmisini təftiş edərkən onları saxlayıb.
XS
SM
MD
LG