Accessibility links

BMT Talibanı əfqan girovun azad edilməsinə çağırır


BMT Talibanı üç həftə əvvəl italyan jurnalisti ilə birgə girov götürdüyü əfqan müxbiri azadlığa buraxmağa çağırıb. Qurumun sözçüsü Alim Siddiqinin bildirdiyinə görə, BMT Talibanı Ajmal Nəqşbəndinin ailəsi, jurnalistlər və digərlərinin onun azadlığa buraxılması çağırışını cavabsız qoymamağa səsləyib. Qeyd edək ki, Nəqşbəndi İtaliyanın “La Republica” qəzetinin müxbiri Daniel Mastrociakomonun təcüməçisi işləyirdi. Onlar Helmənd vilayətində sürücüləri ilə birgə girov görülmüşdü. İtaliya jurnalisti azad edilmiş, sürücü isə onun gözləri qarşısında qətlə yetirilmişdi.

XS
SM
MD
LG